Səməd Vurğunun şerləri — Самед Вургун

Самед Вургун — Səməd Vurğunun şerləri

12.09.2023
Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür ənənəsi XX yüz ilin ortalarında öz təkrarsız əksini Səməd Vurğun poeziyasında tapır. Çünki Vurğun ilhamının poetik məcrası, onun sənətkar marağının bədii əhatə dairəsi ən geniş fəlsəfi miqyasları, coğrafi üfüqləri birləşdirir. Dövrün böyük poeziyasının yaradan Vurğunun hətta rəsmi ideologiya qəliblərinə az və ya çox dərəcədə uyğun tərənnüm xarakterli şeirləri də yüksək poetik ilhamla və səmimi şair duyğularıyla qələmə alınmışdır. Şairin bu kitabında gerçək poeziya nümunələri sovet hakimiyyəti dövründə həqiqi istedadın həmişə qarşılaşa bildiyi böyük çətinliklərin uğurlu bədii həllinin birər örnəkləridir. Həmin şeirlərin hər birində Vurğun eyni vaxtdaüç qatda – Azərbaycan, Dünya və Tarix adlı üç məkanda yaşayan filosofdur.
Фрагмент аудиокниги "Səməd Vurğunun şerləri" слушать без регистрации
Идет загрузка книги